-
- 12-04-2019, 16:17
- 3 572
Təhsil Nazirliyindən 321 saylı məktəbdə döyüldüyü deyilən şagirdlə bağlı AÇIQLAMA
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Bakının Qaradağ rayonunda yerləşən 321 nömrəli tam orta məktəbin şagirdi, bu gün müəllimi ərəfindən döyüldüyü deyilən Aqşin Hüseynzadəyə baş çəkib.
News24.az xəbər verir ki, bu barədə C. Valehov öz feysbuk səhifəsində məlumat verib. O qeyd edib ki, hazırda A. Hüseynzadə evlərinə gedir: "Həkimlərin rəyinə görə, sağlamlığı ilə bağlı xüsusi problem yoxdur. Araşdırma aparıldıqdan sonra əlavə məlumat veriləcək. Hazırda istintaq gedir".
Qeyd edək ki, 321 nömrəli tam orta məktəbdən aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.