-
- 5-06-2024, 11:02
- 178
ABŞ-ın Livandakı səfirliyinə HÜCUM OLUNDU
ABŞ-ın Beyrutdakı səfirliyinə Suriyalı şəxs tərəfindən hücum olunub.
News24.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qeyd olunur ki, atışma diplomatik missiyanın girişinə yaxın ərazidə yanğına səbəb olub.
Hücum edən şəxs yaralanıb və Livan hərbçiləri tərəfindən saxlanılıb. O, müalicə üçün yerli xəstəxanaya aparılıb.
Səfirliyin məlumatına görə, obyektlərə və diplomatik heyətə toxunulmayıb.
Mehriban Mirzəzadə