Məşhur boksçu faciəvi şəkildə öldü
    • 5-06-2024, 11:45
    • 260

Məşhur boksçu faciəvi şəkildə öldü

28 yaşlı Şotlandiya çempionu, boksçu  Endi Tam faciəvi şəkildə vəfat etdi.

News24.az xəbər verir ki, bu barədə “RBK.RU” məlumat yayıb.

Belə ki, idmaçı dəhşətli qəza törədib.

Qeyd edək ki, mayın 30-da şotlandiyalı boksçu motosiklet sürərkən, doğulduğu Kambernauld şəhərində avtomobil ilə toqquşub. O, ağır xəsarətlərlə Qlazqodakı Kraliça Elizabeth Universitetinin xəstəxanasına aparılıb. Bazar günü orada vəfat edib. Polis faktla bağlı araşdırma aparır.

Mehriban Mirzəzadə