-
- 14-05-2024, 08:16
- 342
Gicgahına zərbə dəydi, rinqdə öldü
Britaniyalı boksçu Şerif Laval ilk peşəkar döyüşündə rinqdə vəfat edib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, 29 yaşlı Laval bazar günü Londonda həmyerlisi Malam Varela ilə altı raundluq döyüşün dördüncü raundunda gicgahına dəyən zərbədən sonra yıxılıb.
Hakim boksçunun vəziyyətinin ciddiliyini anlayaraq dərhal döyüşü dayandırıb.
Həkimlər tərəfindən rinq kənarında ilkin müayinə olunan Laval xəstəxanaya aparılıb və orada öldüyü bildirilib.
Laval 2018-ci ildən boksla məşğul olub. O, keçən il Britaniya həvəskarlar çempionatında iştirak edib.