-
- 6-06-2024, 11:02
- 242
Balakəndə DƏHŞƏT: 38 yaşlı kişinin kömürləşmiş meyiti tapıldı
Balakəndə evdən meyit tapılıb.
News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Katex kəndində qeydə alınıb.
Kənd sakini, 38 yaşlı Şahid Babayevin meyiti tək yaşadığı evdə aşkarlanıb.
Məlumata görə, meyit uzun müddət evdə qaldığından kifayət qədər çürüməyə məruz qalıb və nəticədə kömürləşib.
Qeyd edək ki, Ş. Babayev psixatriya xəstəxanasında qeydiyyatda olub və müalicə alıb.
Araşdırma aparılır.