Xəstə kişinin evdə meyiti TAPILDI
    • 27-01-2024, 18:48
    • 169

Xəstə kişinin evdə meyiti TAPILDI

Göyçayda evdə meyit aşkarlanıb. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb.

56 yaşlı Asif Abdullayevin meyiti yaşadığı evdə tapılıb. Məlumata görə, mərhum uzun müddət ürək xəstəliyindən əziyyət çəkib. Son zamanlar tək yaşayırmış.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.