-
- 6-06-2024, 21:33
- 268
Güllələnən baş nazir cinayətkarı bağışladı: Məhkəmə və təzminat olmayacaq
Slovakiyada silahlı hücum nəticəsində ağır yaralanan və baş nazir Robert Fitso hücumdan sonra ilk dəfə xalqa müraciət edib.
News24.az Ednews-a istinadən xəbər verir ki, baş nazir bu barədə “Facebook”da paylaşdığı videoda danışıb.
Fitso hər şeyin yaxşı getdiyi təqdirdə iyunun sonu iyulun əvvəlində işə qayıda biləcəyini və ona sui-qəsd təşkil edən şəxsi bağışladığını bildirib.
"Aktiv bir qanuni əməliyyat başlatmayacağam və təzminat tələb etməyəcəyəm, onu və etdiklərini bağışlayıram. Niyə belə etdiyini anlamasına icazə verirəm” – deyə o əlavə edib.
Fitso hücumun sağlamlığına dərindən təsir etdiyini və təkrar əməliyyatlar səbəbiylə çox ağrı və əziyyət çəkdiyini, bir neçə həftə sonra işə qayıtmasının kiçik bir möcüzə ola biləcəyini ifadə edib.
Özünə edilən hücumda müxalifəti günahlandıran Fitso "hadisəni bir dəlinin hücumu kimi qələmə vermək üçün heç bir səbəbinin olmadığını" diqqətə çatdırıb.
Xatırladaq ki, Fitso mayın 15-də paytaxt Bratislavadan Nazirlər Şurasının iclasından sonra binanın qarşısında gözləyənləri salamlayarkən hücuma məruz qalıb.
Ölkə mətbuatında hökumətin siyasətini bəyənmədiyi üçün hücumu 71 yaşlı solçu Slovakiya vətəndaşı Juraj C-nin təşkil etdiyi bildirilib.
Bədəninə birdən çox güllə dəyən Fitso təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.