Qonşusunu bıçaqladı..
    • 7-06-2024, 09:45
    • 130

Qonşusunu bıçaqladı..

Şamaxıda bıçaqlanma hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, Şamaxı sakini 2000-ci il təvəllüdlü təvəllüdlü Orxan Həşimov mübahisə zəminində qonşusu 1983-cü il təvəllüdlü İlham Əmirova bıçaqla müxtəlif dərəcəli bədən xəsarəti yetirib.

Ağır dərəcəli bədən xəsarətləri alan şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar aparılır