-
- 7-06-2024, 12:58
- 268
Borc alıb Həcc ziyarətinə getmək düzgündür?
Allahın rizasını qazanmaq üçün müqəddəs yerləri ziyarət etmək mənasını verən həcc İslamın beş sütunundan biri hesab olunur.
News24.az xəbər verir ki, Həcc ziyarəti sağlamlıq, var-dövlət və yol təhlükəsizliyi baxımından həccə getməyə imkanı olan, ağlı başında olan və həddi-büluğa çatmış müsəlmanlara vacibdir. Bu şərtlərə cavab verən şəxs fürsət düşən kimi tələsik həcc ziyarətinə getməlidir.
Kvota məhdudiyyətinə görə həcc ziyarətinə gedə bilməyincə dünyasını dəyişənlər fürsət tapa bilmədiklərindən borclu ölmürlər. Həcc ziyarətinə dözə bilməyən və ya həqiqətən həcc ziyarətinə gedə bilməyəcək qədər xəstə olanlar, qocalar həcc ziyarətinə borclu deyillər.
Borc alıb həccə getmək düzgündürmü?
Maddi imkanı olmayan insanların borc alıb həccə getməsinə ehtiyac yoxdur. Amma borcla həccə getsələr, həcc əməli səhihdir və həccin məsuliyyəti yüngülləşir.
Onu da qeyd edək ki, Həcc üçün lazımi şəraiti olan, lakin həcc mövsümündə hazır pulu olmayan və borc götürdükdə sonradan qaytarmaq imkanı olan şəxslərin kredit götürərək həccə getmələri məqsədəuyğun olardı.
Günel Məlikzadə