-
- 14-05-2019, 14:26
- 3 285
Azərbaycanda “Topaz” obyekti işlədən gənci vəhşicəsinə öldürdülər – YENİ XƏBƏR
Sumqayıtda “Topaz” məntəqəsini işlədən şəxsi öldürən qrupun 2 üzvü Ali Məhkəməyə müraciət edib.
News24.az-ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilmiş Eyvazov Murad Nizaməddin oğlu və Bağırzadə Fərid Eldəniz oğlu işə yenidən baxılmasını və üzərlərindəki maddənin dəyişdirilməsini xahiş ediblər.
İşə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs Fərid Bağırzadə 19 il, Murad Eyvazov 18 il, Əkbər İsgəndərov, Kamran Qurbanovun isə hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il sentyabrın 24-də Füzuli rayon sakini Amal Nadirli Sumqayıt şəhərində bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülərək öldürülüb.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri Çingiz Babayev, Fərid Bağırov, Kamran Qurbanov, Murad Eyvazov və Ağstafa rayon sakini Əkbər İskəndərov həbs ediliblər.
Təqsirlındirilən şəxslər soyğunçuluq məqsədilə əlbir olaraq Saray qəsəbəsində yerləşən "Topaz" bukmeker kontorunda işləyən Amal Nadirli ilə bağlı cinayət əlaqəsinə giriblər.
Amal Nadirliyə hücum edərək üstündəki pulları ələ keçirmək məqsədilə sentyabrın 24-də Kamran Qurbanov mobil telefon vasitəsilə dəstənin digər üzvlərinə zəng edərək Amal Nadirlinin obyektdən çıxdığını gördüyünü deyib. Dəstənin digər üzvləri Çingiz Babayevin avtomobili ilə onu təqib ediblər.
Amal Nadirli Sumqayıtda avtobusdan düşərək, bir qədər piyada gedəndən sonra quldurlar ona hücum edib, onu döyüb, ciblərini soyublar.
Onlar Amal Nadirlinin üzərində olan cəmi 550 manatı götürərək, hadisə yerindən qaçıblar.
Amal Nadirli xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək olmayıb.