Azərbaycanda İNANILMAZ HADİSƏ – Müəlliməni oğurladılar
    • 27-07-2019, 11:26
    • 1 645

Azərbaycanda İNANILMAZ HADİSƏ – Müəlliməni oğurladılar

Azərbaycanda adam oğurluğu hadisəsi ilə bağlı tutularaq istintaqa cəlb edilmiş və məhkəmə tərəfindən məhkum edilmiş şəxs barəsində məhkəməyə müraciət edilib. 

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü, yəni, adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə maddəsi ilə ittiham edilərək məhkum edilmiş Turan Babayev Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Eyni tələblə oğurlanan qadın da məhkəməyə müraciət edib. Ə.Osmanlı T.Babayev barsində daha ağır hökmün çıxarılmasını tələb edib.

Qeyd edək ki, adam oğurluğu hadisəsi rayonlardan birində baş verib. Kənddə işlyən gənc müəllimə evlənmək məqsədi ilə bir qrup şəxs tərəfindən qaçırılıb. Az sonra hadisə barəsində polisə müraciət daxil olub və müəllimə ailəsinə təhvil verilib.