-
- 19-07-2024, 18:25
- 355
Ukraynalı əsirlərə dəhşətli işgəncələr... - Faktlar açıqlandı
“Rusiya ukraynalı əsirlərə dəhşətli işgəncələr verir. Ukraynanın saxladığı rusiyalı əsirlərlə Rusiyanın saxladı ukraynalı əsirləri müqayisə etsəniz, bunun şahidi ola bilərsiniz”.
News24.az bildirir ki, bunu Bakupost.az -a açıqlamasında Ukrayna Mədəniyyəti Cəmiyyətinin sədr müavini Aliya Usanova deyib.
Onun sözlərinə görə, hazırda Rusiyada 10 mindən çox ukraynalı əsir var:
“Rusiya tərəfi əsirlərin yaxınlarıyla əlaqə saxlamasını təmin etmir. Ukraynalı əsirlərə olmazın işgəncələrin verir və alçaldırlar. Bir sözlə, Rusiya beynəlxalq konvensiyaların tələblərini yerinə yetirmir. Hərbçilərin qidalanması, onların tibbi müayinəsi, ailələri ilə əlaqə yaratması təmin edilmir. Hansı ki, Rusiya əsirlərin təhlükəsizliyinə cavabdehdir. Təkcə Mariupol qarnizonundan 4 minə yaxın hərbi və mülki şəxs Rusiya hərbçilərinə əsir düşüb. Ukrayna dövləti mülki şəxs olan rusiyalıları əsir götürmür. Amma Rusiya ukraynalı mülki şəxsləri əsirlikdə saxlayır”.