Seçicilər üçün çap ediləcək bildirişlərin sayı AÇIQLANDI
    • Bu gün, 18:14
    • 49

Seçicilər üçün çap ediləcək bildirişlərin sayı AÇIQLANDI

Sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq edilib. 

News24.az-ın məlumatına görə, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə edilib. 

Bildirilib ki, MSK seçicilərə çatdırılması üçün 6 milyon 516 min 567 bildiriş çap edəcək.

“Bildirişlərdə seçkilərə dair bütün məlumatlar lokanik şəkildə seçicilərə çatdırılır. Bildirişlər bu il də eyni qaydada hazırlanacaq və çap olunacaq. Bu dəfə də nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə ilk parlament seçkiləridir, həmin ərazilərdə olan seçicilər üçün bildirişlər fərqli dizaynda hazırlansın”, - açıqlamada deyilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.