Makqreqor Həbibə söz atdı: "Daha Rusiyanı..."
    • Bu gün, 18:59
    • 63

Makqreqor Həbibə söz atdı: "Daha Rusiyanı..."

Dağıstanlı idmançı Həbib Nurməhəmmədov artıq Rusiyanı təmsil etmir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu sabiq UFC çempionu Konor Makqreqor deyib.

“O, Rusiyanı təmsil etmir. Borca düşüb, sonra qaçıb. Mən onunla əlbəyaxa döyüşdə qarşılaşmaq istərdim, amma o, döyüşməyəcək", - Makqreqor bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədovun hesablarına həbs qoyulmasına səbəb onun 297 milyon rubl borcunun olması ilə bağlıdır. Bundan əvvəl dağıstanlı idmançıya məxsus bir neçə şirkət rəsmi sənədlərdə etibarsız məlumatlar təqdim etdiyi üçün bağlanmışdı.