Güclü qasırğa: Ölən və yaralananlar var
    • 7-06-2024, 22:10
    • 222

Güclü qasırğa: Ölən və yaralananlar var

Pakistanın Pəncab əyalətində güclü yağış və tufan baş verib. Ştatda bir çox evə ziyan vuran şiddətli tufan və yağış səbəbindən gündəlik həyat dayanıb.

News24.az xəbər verir ki, ağacların aşdığı ştatda küçələri su basıb. Pəncab əyalətində şiddətli tufan və yağışlar nəticəsində 8 nəfərin öldüyü, 40 nəfərin yaralandığı qeyd edilib.

Eyni zamanda, Ştatın Qucranvala bölgəsində evlərinin damının və divarlarının uçması nəticəsində biri qız olmaqla 3 nəfər həyatını itirib.

Dera İsmayıl Xan adlı pakistanlının evinə ildırım düşməsi, Bəşir adlı şəxsin isə tarlada işləyərkən öldüyü açıqlanıb.

Vəzirabad şəhərində isə güclü külək nəticəsində motosiklet sürücüsünün qəza törətdiyi və hadisə yerində öldüyü qeydə alınıb.

Bildirilib ki, ildırım vurması nəticəsində dəyəri bir milyon rupi olan 10-dan çox iribuynuzlu heyvan tələf olub.

Günel Məlikzadə