Avtobus aşdı: Ölən və yaralananlar var
    • 7-06-2024, 23:10
    • 330

Avtobus aşdı: Ölən və yaralananlar var

Türkiyədə sürücüsü sükanın idarəetməsini itirən mikroavtobus magistral yolda aşıb.

News24.az xəbər verir ki, vəziyyətlə bağlı 112 Təcili Zəng Mərkəzinə məlumat verilib. Xəbər verildikdən sonra əraziyə sağlamlıq, polis və xilasetmə qrupları sövq edilib.

Qəza nəticəsində 1 nəfərin öldüyü, 10 nəfərin yaralandığı müəyyən edilib.

Yaralılar xəstəxanalara çatdırılıb.

Xəstəxanaya qaldırılan 10 yaralıdan 2-nin vəziyyətinin həyati təhlükəsi olduğu öyrənilib.

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə