Türkiyədə hərbi avtomobil aşdı: Yaralılar var - FOTO
    • 7-06-2024, 17:40
    • 175

Türkiyədə hərbi avtomobil aşdı: Yaralılar var - FOTO

Vandan Hakkariyə personal daşıyan hərbi avtomobil sürücünün sükan idarəetməsini itirməsi nəticəsində aşıb.

News24.az xəbər verir ki, avtomobildə olan 4 əsgər yaralanıb.

Xəbər verildikdən sonra hadisə yerinə təcili yardım qrupları sövq edilib.

Yaralı əsgərlər Vandakı xəstəxanalara göndərilib.

Xəsarət alanların səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə