Mikroavtobus aşdı: Yaralılar var
    • 28-05-2024, 22:40
    • 238

Mikroavtobus aşdı: Yaralılar var

Afyonkarahisarın Hocalar rayonunda istixana işçilərini daşıyan mikroavtobus aşıb. 

News24.az xəbər verir ki, sürücünün sükan idarəetməsini itirməsi nəticəsində Mehmet Aşıkın idarə etdiyi istixana işçilərini aparan mikroavtobus aşıb.

Xəbər üzərinə hadisə yerinə təcili yardım və jandarma qrupları sövq edilib. Mikroavtobusda olan 14 yaralı təcili yardımla ətraf xəstəxanalara aparılıb.

Yaralıların vəziyyətinin yaxşı olduğu öyrənilib.

Günel Məlikzadə