Güclü zəifi yeyir: Köpəkbalığı delfini uddu, onu da...
    • 7-06-2024, 23:55
    • 916

Güclü zəifi yeyir: Köpəkbalığı delfini uddu, onu da...

Cənubi Afrikada maraqlı hadisə baş verib. Böyük bir ağ köpəkbalığı (akula) balinanın ovlayıb yemək istədiyi delfini udub.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Sun" xəbər verir.

Dəniz bioloqu Elison Tauner Cənubi Afrikanın Şərqi Kapsk sahilindəki çimərlikdə insan yeyən köpəkbalığı kimi tanınan ağ köpəkbalığının cəsədini tapıb. O, sosial şəbəkələrdə müvafiq fotolar paylaşıb.

Uzunluğu 4,5 metrə çatan yırtıcı balığın içərisində həzm olunmamış delfin parçaları tapıb. Tauner müəyyən edib ki, köpəkbalığı kiminsə "naharı"nı ələ keçirib. Amma bu zaman özü də "nahar"a çevrilib. Köpəkbalığını qatil balina parçalayıb.

Qadın böyük ağ köpəkbalığının cəsədində xüsusi diş izləri olduğunu qeyd edib. Bu, Şərqi Kapskda qatil balinanın insan yeyən köpəkbalığına ilk hücumu kimi qeydə alınıb. Tauner vurğulayıb ki, qatil balinalar öz qurbanlarını tez və vəhşicəsinə öldürürlər.