S&P-dən manatın məzənnəsi ilə bağlı PROQNOZ
    • 8-06-2024, 09:13
    • 555

S&P-dən manatın məzənnəsi ilə bağlı PROQNOZ

“Hökumət tərəfindən dəstəklənən Azərbaycan manatın məzənnəsinin ABŞ dollarına nisbətdə 1,7 AZN səviyyəsində qalacağını proqnozlaşdırırıq”.

News24.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.

“Buna baxmayaraq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı qalarsa, biz güman edirik ki, hökumət Mərkəzi Bankın valyuta ehtiyatlarını 2015-ci ildə baş verdiyi kimi əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəyə düzəliş etməyi düşünə bilər”- S&P əlavə edib.