Azyaşlı qızı ilə itkin düşən ana TAPILDI
    • 8-06-2024, 20:19
    • 293

Azyaşlı qızı ilə itkin düşən ana TAPILDI

İyunun 7-də itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən Neüs24.az-a bildirilib.

Qeyd olunub ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 16-dan Salyan rayonunun Arbatan kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 41 yaşlı qadın, mayın 16-dan Ağsu rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, mayın 22-dən Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı oğlan, iyunun 1-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 21 yaşlı oğlan, iyunun 6-da Gəncə şəhəri ərazisində azyaşlı qızı ilə birgə itkin düşmüş kimi axtarışda olan qadın tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.