Azərbaycanda daha bir itkin düşmüş şəxsin meyiti tapıldı - FOTO
    • 12-09-2022, 10:34
    • 253

Azərbaycanda daha bir itkin düşmüş şəxsin meyiti tapıldı - FOTO

Tərtərdə itkin düşmüş şəxsin meyiti tapılıb.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Əskipara kəndi yaxınlığından keçən hissəsində 20-25 yaşlı şəxsin meyiti tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, meyit Tərtərin Düyərli kənd sakini Cəlilov Qisas Rasif oğluna məxsusdur. Onun avqustun sonundan etibarən itkin düşmüş şəxs kimi axtarışda olması üzə çıxıb. Q.Cəlilovun hansı şəraitdə və hansı səbəbdən vəfat etməsi məlum deyil.

Faktla bağlı aradırma aparılır.

Qeyd edək ki, ötən həftə Azərbaycanda itkin düşmüş 2 nəfərin qətlə yetirildiyi məlum olub. Belə ki, Ağsuda evdən qaçan gənc qadın atası tərəfindən öldürülüb. Bakıda isə 13 yaşlı qızla sevgi münasibətində olan 16 yaşlı oğlan qızın atası tərəfindən qətlə yetirilib.