DƏHŞƏT: piton dörd uşaq anası olan Fəridəni DİRİ-DİRİ UDDU
    • 9-06-2024, 08:53
    • 252

DƏHŞƏT: piton dörd uşaq anası olan Fəridəni DİRİ-DİRİ UDDU


İndoneziyada nəhəng piton dörd uşaq anası olan 50 yaşlı Fəridəni diri-diri udub.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Qadın iyunun 6-da yoxa çıxıb. Həmin gün o, evinin yaxınlığındakı yerli bazarda getmək üçün meşəlik ərazidən keçməli olub.

Axtarışı onun 55 yaşlı əri Noni təşkil edib və o, digər yerli sakinlərə məlumat verib.

Ertəsi gün böyük qarnı olan bir ilan tapıblar, sonra onu yarıblar və içərisində Fəridənin cəsədini tapıblar.

Məlum olub ki, piton dişlərini qadının ayağına batırıb, bədəninə sarılıb və udmazdan əvvəl onu boğub.