Yeni doğulmuş qız uşağını diri-diri tarlada basdırdılar - Ata və anadan şok addım
    • 10-08-2022, 12:14
    • 2 213

Yeni doğulmuş qız uşağını diri-diri tarlada basdırdılar - Ata və anadan şok addım

Hindistanda yerli sakinlər valideynləri tərəfindən tarlada diri-diri basdırılan yeni doğulmuş qız uşağını xilas ediblər.

News24.az "Times Now News"-a istinadən xəbər verir ki, hadisə Qucarat ştatında baş verib.

Tarlada başdırılan uşaq yerli fermer tərəfindən tapılıb. O, hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Bir neçə saatdan sonra məmurlar körpənin ata və anasını ştatın müxtəlif rayonlarında tapıblar.

Cütlük adam öldürməyə cəhd və uşağı təhlükəyə atmaqda ittiham olunub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, valideynlər bu addımı yeni doğulan körpənin qız olması səbəbindən atıblar.

Ata və ana isə dindirmə zamanı bildiriblər ki, qızlarının müalicəsi üçün pul tapa bilməyəcəklərini düşündükləri bunu ediblər.