6 metrlik piton qadını yedi
    • 25-10-2022, 12:34
    • 1 501

6 metrlik piton qadını yedi

İndoneziyada meşəyə gedən qadın 6 metrlik pitonun hücumuna məruz qalıb. 2 gündür axtarılan qadın pitonun qarnında tapılıb.

News24.az xəbər verir ki, 54 yaşlı qadın Sumatra adasında evinin yaxınlığındakı meşəlik ərazidə yoxa çıxıb.

Meşə ərazisində axtarış aparan qruplar 2 gün sonra pitonun mədəsində şişlik müşahidə ediblər. Pitonu tutub mədəsini açan qruplar qadının cansız bədəni ilə qarşılaşıblar. /Unikal/