Makron parlamenti buraxdı
    • 10-06-2024, 08:53
    • 317

Makron parlamenti buraxdı

Fransada keçirilən AP seçkilərində ifrat sağçı Milli Ralli Partiyası (MN) yüzdə 31,50 səslə böyük fərqlə birinci, prezident Emmanuel Makronun partiyası Rönesans isə 15,2 faiz səslə ikinci olub.

News24.az xəbər verir ki, partiyasının böyük fərqlə məğlub olmasından sonra açıqlama verən Makron nəticələrin “Avropanı müdafiə edən partiyalar üçün yaxşı olmadığını” etiraf edib və erkən seçkilərin 30 iyun-7 iyul tarixləri arasında keçiriləcəyini açıqlayıb.

"Mən sizə səsvermə yolu ilə parlament gələcəyimizin seçimini yenidən vermək qərarına gəldim. Ona görə də bu axşam Milli Məclisi buraxıram". 

Makron bildirib ki, o, kabinetini bu axşam yerli vaxtla saat 22:00-da toplayacaq.

Günel Məlikzadə