Makron daha 5 il Fransaya rəhbərlik edəcək
    • 7-05-2022, 13:23
    • 378

Makron daha 5 il Fransaya rəhbərlik edəcək

Fransanın yenidən seçilən prezidenti Emmanuel Makron and içib.

News24.az TASS-a istinadən xəbər verir ki, andiçmə mərasimində 450-yə yaxın qonaq iştirak edib.

O, bununla daha 5 il ölkəyə rəhbərlik edəcək.

Qeyd edək ki, aprelin 24-də keçirilən prezident seçkisinin ikinci turunda 18,7 milyon seçici (58,55 faiz) Emmanuel Makronun lehinə səs verib. Milli Birlik Partiyasının nümayəndəsi Marin le Pen isə 41,45 faiz, 13,2 miyon səs toplayıb.