Azərbaycanda vəzifəli şəxslər istefa VERDİLƏR
    • 10-06-2024, 14:35
    • 7 318

Azərbaycanda vəzifəli şəxslər istefa VERDİLƏR

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.

News24.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib. 

Kinostudiyanın direktoru Nazim Hüseynov açıqlamasında məlumatı təsdiqləsə də, işdən çıxmasının səbəblərini bildirməyib.