“Azərbaycanfilm” kinostudiyasında yeni TƏYİNAT - Direktor işdən çıxdı
    • 4-03-2022, 15:13
    • 1 950

“Azərbaycanfilm” kinostudiyasında yeni TƏYİNAT - Direktor işdən çıxdı

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.

News24.az xəbər verir ki, bu barədə F.Əhmədov özü bildirib.

Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən ayrılıb.

F.Əhmədov fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.

Qeyd edək ki, Fariz Asif oğlu Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.

Həmçinin mədəniyyət naziri Anar Kərimovun əmri ilə kinostudiyaya yeni direktor təyin olunub. Bu vəzifəyə Nazim Hüseynov təyinat alıb.