-
- 15-05-2019, 10:57
- 1 208
Tibb Universitetinin klinikasında exokardioqrafiya kursu keçirilib
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında universitetin rezidentlərinin yeddinci elmi konfransı çərçivəsində exokardioqrafiya kursu keçirilib.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, klinikanın kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Qalib İmanovun rəhbərlik etdiyi kursda bir sıra vacib və maraqlı mövzular ətrafında müzakirələr aparılıb, məruzələr dinlənilib.
Kurs çərçivəsində klinikanın kardioloqları Sara Bayramzadə “Exokardioqrafik müayinənin ümumi prinsipləri” və “Dopler ExoKQ və hemodinamik ölçümlər”, Muxtar Museyibov “Sol mədəciyin funksiyalarının dəyərləndirilməsi”, İsmayıl Göyüşov “Sağ mədəciyin ExoKQ dəyərləndirilməsi” və “Mitral qapaq patologiyalarının exokardioqrafik dəyərləndirilməsi”, Yasmin Rüstəmova “Kardiomiopatiyaların exokardioqrafik dəyərləndirilməsi” və “Exokardioqrafiyanın irəliləmiş texnologiyaları (strain, 3D)” və Elşən Rzayev “Anadangəlmə ürək qüsurları” mövzularında mühazirələrlə çıxış ediblər.
Qeyd edək ki, belə kurs və seminarlar ATU-nun Tədris Cərrahiyyə Klinikasının şöbələri tərəfindən mütəmadi olaraq aparılır.