Sunak istefa verəcək?
    • 10-06-2024, 17:30
    • 263

Sunak istefa verəcək?

Böyük Britaniyanın baş naziri Rişi Sunak keçən həftənin əvvəlində Normandiya enişinin 80-ci ildönümü mərasimini tərk edərək bu günə damğasını vurub.

News24.az xəbər verir ki, Sunak bəzi anım mərasimlərini qaçırdığı üçün tənqidlərə məruz qaldığı gərgin həftəsonundan sonra "seçki kampaniyasının son gününə qədər mübarizə aparacağına" söz verib.

Baş nazir hələ də seçiciləri geri qazana biləcəyinə inandığını və seçkinin nəticəsinin qaçılmaz məğlubiyyət olduğunu qəbul etmədiyini söyləyib

“İstefa vermək fikrim yoxdu”

Seçki kampaniyası zamanı etdiyi təkrar səhvlərə görə ictimaiyyət qarşısında üzr istəməyə məcbur edilən Sunak istefa vermək fikrində olmadığını bildirib.

Ondan istefa vermək fikrində olub-olmadığını soruşduqda o, belə cavab verdi: “Xeyr, əlbəttə ki, yox. Mən ölkəyə olan baxışımızla bağlı enerjiliyəm. Bu kampaniya hələ yolun yarısına da çatmayıb".

Anketlər onun ardıcıl olaraq 20 xal geridə qaldığını göstərsə də, Sunak mübarizəni davam etdirir.

İşçi Partiyasının lideri Keir Starmer seçki manifestini cümə axşamı ictimaiyyətə açıqlayacaqlarını açıqlayıb.

Günel Məlikzadə