OPEC-in neft hasilatı artdı
    • 11-06-2024, 22:10
    • 342

OPEC-in neft hasilatı artdı

OPEC-in aylıq neft bazarı hesabatına görə, may ayında xam neft hasilatı ən çox Nigeriya, Qabon və Ekvatorial Qvineyada artarkən, Səudiyyə Ərəbistanı, Küveyt, Liviya və Konqoda ən çox azalıb.

News24.az xəbər verir ki, gündəlik neft hasilatı Nigeriyada 74 min barel, Qabonda 17 min barel, Ekvatorial Qvineyada 13 min barel artıb.

Eyni dövrdə qrupun ən böyük istehsalçısı Səudiyyə Ərəbistanında gündəlik hasilat 32 min barrel, Küveytdə 15 min barel, Liviyada 14 min barrel, Konqoda isə 11 min barrel azalıb.

OPEC-in xam neft hasilatı may ayında əvvəlki ayla müqayisədə gündəlik 29 min barrel artaraq 26 milyon 629 min barrelə çatıb.

Ötən ay dünyada qazma quyularının sayı 51 ədəd azalaraq 1746-ya çatıb. Qazma qurğularının sayı OPEC ölkələrində 3 ədəd, qeyri-OPEC ölkələrində isə 48 ədəd azalıb.

QLOBAL NEFTƏ TƏLƏBİN ARTIŞI

Bu il qlobal neft tələbinin keçən illə müqayisədə 2 milyon 250 min barel artaraq 104 milyon 460 min barrelə çatacağı təxmin edilir.

Bu artımın İƏİT-ə daxil olmayan ölkələrdə sənaye, tikinti və kənd təsərrüfatı fəaliyyətlərində, habelə avtomobil nəqliyyatı, o cümlədən hava və yük daşımalarında tələbatla bağlı olacağı gözlənilir.

OECD üzvü olmayan ölkələrdə, xüsusən də Çin və Yaxın Şərqdə neft-kimya potensialının artırılmasının da öz töhfəsini verəcəyi gözlənilir.

Qlobal tələbatın 2025-ci ildə gündəlik 1 milyon 850 min barel artaraq 106 milyon 310 min barrelə çatacağı, İƏİT ölkələrində gündəlik 110 min barel, İƏİT üzvü olmayan ölkələrdə isə gündəlik 1 milyon 740 min barel artacağı təxmin edilir. 

Günel Məlikzadə