ABŞ-ın ticari xam neft ehtiyatları artdı
    • 11-04-2024, 16:15
    • 426

ABŞ-ın ticari xam neft ehtiyatları artdı

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 5 milyon 800 min barrel artaraq 457 milyon 300 min barrelə çatdığını açıqladı. Bazar gözləntisi ehtiyatların 900 min barel artacağı idi.

News24.az xəbər verir ki, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları təqribən 600 min barel artaraq 364 milyon 200 min barel səviyyəsinə çatıb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 700 min barel artaraq 228 milyon 500 min barel səviyyəsinə çatıb.

Günel Məlikzadə