"Evliliyimizin birinci ildönümü mübarək"
    • 11-06-2024, 23:50
    • 343

"Evliliyimizin birinci ildönümü mübarək"

Kavak Yelleri" serialındakı Efe obrazı ilə tanınan Türkiyəli aktyor Dağhan Külegeç və Tuğba Aytaş 7 illik evlilik münasibətini 2023-cü ildə taclayıb. Xoşbəxt münasibətlərini davam etdirən məşhur cütlük evliliklərinin birinci ildönümünü qeyd edib.

News24.az xəbər verir ki, həyat yoldaşı ilə keçirdiyi xoş anların fotosunu paylaşan Dağhan Külegeç "Evliliyimizin birinci ildönümü mübarək. Tuğba Aytaş, səni çox sevirəm" qeydini yazıb.

Oğlunun paylaşımına biganə qala bilməyən Ayşe Erbulak Özgürdal "Övladlarım, can sağlığı, rifah, xoşbəxtlik və əmin-amanlıq həmişə sizinlə olsun" şərhini yazıb.

Günel Məlikzadə