Müsavat” partiyasının üzvünə cinayət işi açıldı – Yeganə adlı qadınla birgə...
    • 15-05-2019, 14:04
    • 717

Müsavat” partiyasının üzvünə cinayət işi açıldı – Yeganə adlı qadınla birgə...

Nizami rayonunda Müsavat Partiyasının narkotik vasitələrlə məşğul olan üzvü Allahyarov Subhi Yunus oğlu barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 240.1-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə həbs edilən Subhi Allahyarovun bu işi tək görmədiyi, Yeganə Nuriyeva adlı qadının da onunla əlbir olduğu məlum olub. Hər iki şəxs barəsindəki cinayət işi Nizami Rayon Məhkəməsinə göndərilib. İşə hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Allahyarov Subhi Yunus oğlu 2015-ci ildə Milli Məclisə keçirlən seçkilərdə Müsavat partiyasının Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi olub.