Bakıda məşhur şirkət öz əməkdaşına cinayət işi açdırdı - MƏNİMSƏMƏ
    • 14-12-2019, 10:43
    • 1 118

Bakıda məşhur şirkət öz əməkdaşına cinayət işi açdırdı - MƏNİMSƏMƏ

“Veysəloğlu” MMC-nin əməkdaşı barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, şirkətin müraciəti əsasında orada işləyən Vüsal Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü, yəni, mənimsəmə və israf etmə - öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə maddəsilə cinayət işi açılıb. Artıq iş üzrə ibtidai istintaq yekunlaşıb və materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. 

İşə hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.

Hazırlıq iclası 23 dekabr tarixinə təyin edilib.