Polis 19 yaşlı gənci güllələdi
    • 11-06-2024, 23:20
    • 353

Polis 19 yaşlı gənci güllələdi

Fransanın Manş əyalətində baş verən hadisədə polis sürət həddini aşan 19 yaşlı gənc sürücünü güllələyib.

News24.az Manset.az-a istinadən xəbər verir ki, polis öncə dayanma xəbərdarlığı edib. Sürücü xəbərdarlığa tabe olmadığı üçün polis maşını təqib edib. Daha sonra digər polis maşınının qarşısını kəsən avtomobildən 3 nəfər düşüb. Bu şəxslərdən biri polisdən qaça bilsə də, digəri saxlanılıb.

Avtomobildən düşən 19 yaşlı gənc qaçmaq istəyərkən polisin ona atəş açması nəticəsində dünyasını dəyişib.

Baş Prokuror Pierre-Yves Marot hadisə ilə bağlı verdiyi yazılı açıqlamada avtomobildən düşən 19 yaşlı gəncin 2 polis əməkdaşı ilə qarşılaşdığını və onlardan birini qaçmağa itələdiyini bildirib. Prokuror Marot bir polis məmurunun gənci dayandırmaq üçün elektro şok tapançadan istifadə etdiyini, digər polis məmurunun isə eyni vaxtda silahından atəş açdığını və nəticədə gəncin sinəsindən ölümcül yara olduğunu açıqlayıb.

Gənci güllələyən polis məmuru "qəsdən adam öldürmə" maddəsi ilə saxlanılarkən, hadisə ilə bağlı istintaq başladılıb. Milli Polisin Baş Müfəttişliyi də istintaqa cəlb edilib.