4 yaşlı qızı hərəkətdə olan avtomobildən çölə atdılar
    • 24-08-2021, 09:05
    • 450

4 yaşlı qızı hərəkətdə olan avtomobildən çölə atdılar

4 yaşlı qızı hərəkətdə olan avtomobildən çölə atıblar.

News24.az xəbər verir ki, hadisə İngiltərədə yaşanıb. A-180 magistral yolunda hərəkət edən avtomobildən yola atılan uşaq ağır yaralanıb. Hazırda həkimlər onun həyatı üçün mübarizə aparırlar. 

Polis hadisə ilə bağlı şahidlər axtarır. Hadisəni görənlərdən birinin dediyinə görə, azyaşlının çölə atılmasından sonra maşın qapıları açıq vəziyyətdə hərəkətə davam edib.

Polis hadisədən əvvəl maşının hansı marşrutu üzrə hərəkət etdiyini öyrənir.