-
- 11-06-2024, 17:55
- 244
Peruda keçmiş prezidentin həbs müddəti uzadıldı
Milli mətbuatda yer alan xəbərə görə, məhkəməyə videokonfrans vasitəsilə və vəkili ilə qatılan Castillo ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.
News24.az xəbər verir ki, Məhkəmə Kastilonun qabaqlayıcı həbs cəzasını daha 14 ay uzadıb və keçmiş prezidentin 2025-ci il avqustun 6-dək həbsdə saxlanmasına qərar verib.
Prokuror Qalinka Mezanın prezidentlik dövründə cinayət təşkilatına rəhbərlik etdiyi və ictimai cinayətlər törətdiyi iddiası ilə Kastilyoya qarşı 36 ay qabaqlayıcı həbs cəzası tələbi 8 mart 2023-cü ildə yüksək məhkəmə tərəfindən təsdiqlənib.
Kastilyoya qarşı prezident olduğu müddətdə beş cinayət işi aparılır, onlardan ikisində onun cinayət təşkilatının üzvü olub-olmaması araşdırılır.
Xatırladaq ki, ölkədə 2022-ci il dekabrın 7-də Konqres tərəfindən vəzifəsindən uzaqlaşdırılan keçmiş prezident Kastilyo 2022-ci il dekabrın 14-də 18 ay qabaqlayıcı həbs cəzasına məhkum edilib.
Peru Ali Məhkəməsi Kastilonu “hakimiyyətdən sui-istifadə, üsyan və sui-qəsd” ittihamı ilə 18 ay qabaqlayıcı həbs cəzasına məhkum edib.
Castillo hökuməti devirməkdə ittiham etdiyi Konqres tərəfindən "daimi əxlaqi səriştəsizlik" ittihamı ilə vəzifəsindən azad edilib.
Günel Məlikzadə