Robert Köçəryanın azadlığa çıxmaq istəyi BAŞ TUTMADI
    • 17-09-2019, 14:57
    • 1 135

Robert Köçəryanın azadlığa çıxmaq istəyi BAŞ TUTMADI

Yerevanın ümumi yurisdiksiya məhkəməsi, 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə günahlandırılan respublikanın keçmiş prezidenti Robert Köçəryanın həbsdə saxlanmasına qərar verib.

News24.az "TASS"-a istrinadən xəbər verir ki, hakim Anna Danibekyan "Məhkəmə Robert Köçəryanın vəkillərinin tələbini rədd edir, onu həbsdə saxlamağa qərar verir" sözlərini deyib.

Qeyd edək ki, Yerevandakı ümumi yurisdiksiya məhkəməsində həbs olunan Köçəryanın, keçmiş KTMT baş katibi Yuri Xaçaturov, keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş baş nazirin müavini Armen Gevorgyanın iştirak etdiyi konstitusiya quruluşunun devrilməsi ilə bağlı məhkəmə prosesi sentyabrın 12-də başlayıb.

Robert Köçəryan sentyabrın 4-də Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 35-ci maddəsinə əsaslanaraq həbs edilib.