Manyak atalarını öldürmüş 3 erməni qızına 20 ilə qədər həbs gözləyir
    • 2-08-2018, 14:09
    • 975

Manyak atalarını öldürmüş 3 erməni qızına 20 ilə qədər həbs gözləyir

Bir neçə gün öncə qızları tərəfindən öldürülmüş erməni ata barəsində məlumat vermişdik. Məlumatda bildirilirdi ki, 57 yaşlı Mixail Xaçaturyan iyulun 27-də  Moskvada evinin qarşısında  ölü tapılıb. Onun kriminal aləmin nümayəndəsi olması barəsisnəd də məlumat verilirdi.

News24.az-ın əldə etdiyi məlumata görə, qızlar ilkin istintaq ifadələrində atalarının onları zorladığını və tez-tez döydüyünü söyləmişdilər. Xaçaturyan qızları tərəfindən 40 bıçaq zərbəsi alıb, başına da küt alətlə 10 zərbə endirilib. Münaqişə zamanı  o özü böyük qızını a bir neçə yerindən yaralayıb.
 
Rusiya qanunvericiliyinə görə, qızlara ümumilikdə 20 ilə qədər həbs cəzasının verilməsi gözlənilir.

İlhamə