Xəstəxanaya silahlı hücum edildi
    • 12-06-2024, 23:20
    • 354

Xəstəxanaya silahlı hücum edildi

İstanbulda özəl xəstəxanaya silahlı hücum olub.

News24.az xəbər verir ki, hələlik şəxsiyyəti müəyyən edilməmiş iki nəfər motosikletdə və dəbilqə taxaraq xəstəxanaya güllə yağdırıb.

Hücum zamanı xəsarət alan olmasa da, xəstəxananın foyesindəki pəncərələrə 7 güllə dəyib.

Hücumdan sonra nömrəsiz motosikletlə gələn şübhəlilər hadisə yerindən qaçıblar və hadisə yerinə polis sövq edilib.

İstintaqın ardından polis şübhəlilərin tutulması üçün genişmiqyaslı iş başladıb.

Günel Məlikzadə