Rusiyada oğlan ona irad bildirən satıcını güllələdi
    • 13-06-2024, 19:11
    • 187

Rusiyada oğlan ona irad bildirən satıcını güllələdi

Rostov-na-Donuda polis, pivə mağazası satıcısına hücum edərək oğurluq etməyə cəhd edən gənci saxlayıb.

News24.az Medianews.az-a istinad edərək xəbər verir ki, oğlan mağazaya daxil olduqda, satıcı “bir gün əvvəl dayanacağı vuran oğlan”ı tanıyıb və ona irad bildirib. Məlumata görə, gənc cavab olaraq silahını çıxarıb və satıcını hədələyib.

Daha sonra satıcı mühafizəni çağırıb, gən isə, pul qabını götürüb və atəş açmağa başlayıb.

Bildirilir ki, polis tez bir zamanda cinayətkarı yaxalayaraq onun RM-X pnevmatik tapançasını götürüb. Mağaza satıcısı kömək üçün həkimlərə müraciət edib.