Xocalı aeroportu nə zaman istifadəyə VERİLƏ BİLƏR? - TƏCİLİ ANONS
    • 13-06-2024, 17:00
    • 1 981

Xocalı aeroportu nə zaman istifadəyə VERİLƏ BİLƏR? - TƏCİLİ ANONS

Rusiya sülhməramlı kontingentinin aprelin 14-dən başlayan Qarabağı tərk etmə prosesi dünən – iyun 12-də başa çatdı. Sülhməramlıların qərargahları Xocalı şəhərində yerləşirdi. Xocalı aeroportu da rus hərbçilərin nəzarətində idi. Artıq rus sülhməramlılarının həmin ərazini tərk etdiyi üçün Qarabağın mərkəzindəki Xankəndi (Xocalı) aeroportunun da nə zaman açılacağı gündəm mövzusudur.

Xankəndi aeroportu hələ 2012-ci ildə təyyarələri qəbul etməyə hazır idi, amma rəsmi Bakı buna qarşı çıxırdı. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin adından yayılmış atəşkəs bəyanatın 9 -cu bəndində deyilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Həmin bəyanata uyğun olaraq Rusiya sülhməramlıları Azərbaycanla Ermənistanın təmas xəttinə yerləşdirilib.

Rus sülhməramlıları oradan çıxdıqdan sonra Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçdi. Maraqlıdır, Xocalı aeroportu nə zaman açılacaq? Hazırda o işlək durumdadır? 

Məsələ ilə bağlı News24.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, artıq Xocalı aeroportunun da digər hava limanları kimi fəaliyyətini bərpa etməsi çün heç bir əngəl yoxdur:

“Xocalı aeroportu Azərbaycan dövlətinin vəsaiti hesabına tikilib və bu işğala tərəf ölkəmiz tərəfindən istifadə olunmuş hava limanlarımızdan biridir. Uzun illər erməni işğalında qalan hava limanı sonradan rus kontingenti tərəfindən istifadə olundu. Hazırda isə həmin aeroportun ərazisində Azərbaycan bayrağı qaldırılıb. Azərbaycan tərəfi artıq azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində 3 aeroport inşa edib.  Sonuncu aeroportun isə bu il istismara verilməsi gözlənilir. Hesab edirəm ki, Xocalı aeroportu ilə biz artıq həm Qarabağda, həm də Zəngəzurda iki aeroporta malik olacağıq”.

Eksper qeyd edib ki, inşa edilən əvvəlki 3 aeroport beynəlxalq uçuşlar üçün yararlıdır. Onun sözlərinə görə, Xocalı aeroportunun beynəlxalq uçuşlara yararlı olması üçün müvafiq dövlət qurumları tərəfindən qiymətləndirmələr həyata keçiriləcək: “Böyük ehtimalla, müəyyən modernləşdirmələr və imkanların genişləndirilməsi istiqamətində atılan addımlardan sonra Xocalı aeroportu da həm yerli, həm də beynəlxalq uçuşlar üçün yararlı olacaq. Digər tərəfdən isə Xocalı aeroport Xankəndinə ən yaxın aeroport olması Xankəndində, Ağdərədə, Əskəranda və Xocalının özündə yaşayan əhalimizin istifadəsi üçün mühüm əhəmiyyət kəsb edəcək.”

Ədalət Verdiyev əlavə edib ki, istənilən mülki aeroport zərurət yarandığı halda hərbi məqsədlər üçün də istifadə edilə bilər.

Politoloq Qabil Hüseynli deyib ki, hazırda Xocalı aeroportunun hər bir avadanlığı və infrastrukturu işlək vəziyyətdədir: 

“Aeroportun binası, naviqasiya sistemləri və electron sistemləri var.m Orada Rusiyadan, həmçinin Ermənistandan gələn təyyarələr enib-qalxırdı. Əsas məsələ hava xəttidir, hava xəttini tutmaq iqtisadi cəhətdən də, mənəvi cəhətdən də ağılabatan deyil. Hazırda Laçında yeni aeroportun tikintisi prosesi gedir. Xocalı aeroportunu açıb daxili uçuşlar üçün əlverişli əraziyə çevirə bilərik. Bunun üçün əlimizdə yetərincə imkan var və düşünürəm ki, bu uzun çəkməyəcək”.

Aqil Qarayev