Xocalı aeroportunda Bayrağımız qaldırıldı
    • 12-06-2024, 15:28
    • 702

Xocalı aeroportunda Bayrağımız qaldırıldı

Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb.

News24.az axar.az-a istinadla xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videoda bayrağın qaldırılması ilə bağlı görüntülər əksini tapıb.

Qeyd edək ki, Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.