Hasan Can Kaya görün niyə saxlanıldı
    • 14-06-2024, 11:43
    • 337

Hasan Can Kaya görün niyə saxlanıldı

Əldə edilən məlumata görə, məşhur komediya ustası Hasan Can Kaya İstanbulda özəl universitetin məzun gecəsinə qatılıb.

News24.az xəbər verir ki, Kaya burada əylənərkən gecəyə qatılan 23 yaşlı Nazlıcan A. ilə tanış olub.

Bir müddət söhbət edən ikili əyləncənin sonunda Kayanın Leventdəki evinə gedib.

İDDİA

Nazlıcan A.-nın Hasan Can Kayanın ona yaxınlaşmasından narahat olduğu iddia edilib.

Bunun üzərinə gənc qız evdən çıxmaq istəsə də, iddiaya görə Kaya onun evdən çıxmasına icazə verməyib.

Kayaya reaksiya verən gənc qız mobil telefonundakı mesajlaşma proqramı vasitəsilə dostuna canlı məkan göndərib.

Onlara mesaj yazıb ki,  “Mənə narkotik verdilər, bilmirəm hardayam.  Məni evdən çıxmağa qoymur".

Mesajları görən dostu polisə xəbər verib.

Gənc qadını canlı məkandan tapan Beşiktaş polisi gecə saatlarında həmin ünvana gəlib.

Gənc qadının içəridə olduğu təsbit edildikdən sonra polis qrupları Nazlıcan A'yı çölə çıxardıb.

Gənc qadın şikayət etdiyini dedikdən sonra Hasan Can Kayanı da polis bölməsinə aparıblar.

Lakin Nazlıcan A. polis idarəsində onu evdən çıxmağa qoymayan Kayadan şikayətçi olmadığını bildirib.

Bunun üzərinə polis qrupları gənc qıza qanuni hüquqları barədə məlumat verib, hadisəni və gənc qızın ifadəsini prokurorluğa çatdırıb.

Prokurorluq hesabat hazırlandıqdan sonra polis idarəsində olan Hasan Can Kayanın sərbəst buraxılmasına göstəriş verib.

Polis bölməsində ifadəsi alınan Kaya ittihamları rədd edərək, iddia edilən hadisələrin baş vermədiyini, Nazlıcan A. evdə olarkən evdə başqa qadınların olduğunu iddia edib.

Hasan Can Kaya izahat alındıqdan sonra sərbəst buraxılıb.

Günel Məlikzadə