Kimsəyə qeyri-qanuni olaraq ev təqdim edilməsi mümkünsüzdür - Sahil Babayev
    • 14-06-2024, 11:57
    • 151

Kimsəyə qeyri-qanuni olaraq ev təqdim edilməsi mümkünsüzdür - Sahil Babayev

Bu gün 15 min şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib. Növbədə təxminən 4 600 nəfər qalıb. Onlara da mənzil təqdim olunacaq.

News24.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin növbədənkənar sessiyası üzrə iyunun 14-də keçirilən iclasında çıxışı zamanı deyib.

"30 mindən çox insana reabilitasiya xidməti göstərilib. 15 mindən çox şəhid ailəsi evlə təmin olunub. 2024-cü ildə Razi Nurullayevin 31 məktubu daxil olub. Və bütün məktublar cavablandırılıb. Kiməsə qeyri-qanuni və ya növbədənkənar ev verilmir. 300 mindən çox vətəndaşa ünvanlı sosial yardım təqdim olunub. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin iclasında çıxışında bildirib".

Şəhanə