"10 mindən artıq ahıl şəxsə sosial xidmət göstərilir" -Sahil Babayev
    • 26-03-2020, 23:24
    • 821

"10 mindən artıq ahıl şəxsə sosial xidmət göstərilir" -Sahil Babayev

"Bu günə Azərbaycan üzrə 10 mindən artıq ahıl şəxs qeydiyyata alınaraq onlara sosial xidmət göstərilir. Onlardan 1 600-ü Bakı şəhərində, 8 500-ü isə ölkənin digər regionlarında məskunlaşan tənha şəxslərdir”.

News24.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu istiqamətə 1 400 sosial xidmətçi cəlb olunub: “Sosial xidmətçilər də ahıllarımızın sayına uyğun olaraq 200-ü Bakıda, təqribən 1 200-ü isə regionlarda bu işlərə cəlb edilib”.