Narkotik əməliyyatı: 13 şübhəli həbs edildi
    • 14-06-2024, 23:30
    • 194

Narkotik əməliyyatı: 13 şübhəli həbs edildi

Türkiyədə polis qrupları narkotiklərlə mübarizə çərçivəsində müəyyən edilən ünvanlara eyni vaxtda basqın həyata keçirib.

News24.az xəbər verir ki, əməliyyat zamanı 116,88 qram sintetik narkotik vasitə, 11,32 qram marixuana və çətənə toxumu, 8 ədəd sintetik narkotik vasitə, narkotik vasitələrin çəkisi üçün istifadə edilən 3 ədəd dəqiq tərəzi, çətənə yetişdirmə mexanizmi və 1 ədəd tapança götürülüb.

Nəzarətə alınan 33 şübhəli polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilib.

Növbətçi hakimə sövq edilən şübhəlilərdən 13-ü “narkotik vasitələrin istehsalı və ticarəti”, “istifadə üçün narkotik vasitələrin alınması, qəbul edilməsi və ya saxlanması” ittihamları ilə həbs edilib, 20 şübhəli isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Günel Məlikzadə