Çingizin norveçli rəqibi:
    • 16-05-2019, 14:11
    • 843

Çingizin norveçli rəqibi: "Müsabiqənin ən möhtəşəmi Azərbaycandır" - VİDEO

Norveçi "Eurovision 2019"da təmsil edən "KEiiNO" qrupu II yarımfinal haqda fikirlərini bildirib. 

News24.az
-ın suallarını cavablandıran qrup üzvləri Azərbaycanın bu il də möhtəşəm olduğunu bildiriblər.

- Məşqlər necə keçdi?
 
- Hazırlıq məşqi çox əla keçdi. Yarımfinala görə çox həyəcanlı və xoşbəxtik.

 - II yarımfinalın daha güclü olduğu deyilir. Bu haqda nə düşünürsünüz?

- II yarımfinalda həqiqətən də güclü təmsilçilər var. Xüsusilə də, Azərbaycan möhtşəmdir. İfaçınız mükəmməldir. Çox çətin olacaq".

- Azərbaycanla eyni yarımfinaldasınız. Azərbaycanlı tamaşaçılardan dəstək gözləyirsiniz?

- Sizin mahnınız möhtəşəmdir. Amma, ölkənizə səs verə bilməyəcəksiniz. Buna görə də bəlkə bizə səs verəsiniz?